“Yuventus”un üzvü ölkəsinə qayıdıb
27.08.2025 - 12:17
“Yuventus”un üzvü ölkəsinə qayıdıb

Ötən mövsümün ikinci yarısını icarə əsasında "Jirona"da çıxış edən və müqavilə ilə "Yuventus"a məxsus olan Artur Melo karyerasını ölkəsində davam etdirəcək.

Apasport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Qremio" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, oyunçu bir illik icarə əsasında Braziliya təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, "Yuventus" Artur Melonu 2020-ci ildə "Barselona"dan 80 milyon avroya transfer edib.