Millimiz məğlub oldu
14.03.2024 - 20:54
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində B liqasında ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, millimiz qrup matçlarına ev sahibliyi edən Bolqarıstan yığmasına 1:6 hesabı ilə uduzub.
Komandamızın heyətində yeganə qolun müəllifi 25-ci dəqiqədə Xanm Əsədova olub. Qrupun digər matçından Sloveniya futbolçuları Moldovaya 6:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, yığmamız növbəti oyununu martın 17-də Sloveniyaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
- Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- Milli komandamız beynəlxalq turnirdə iştirak edəcək
- Belajdi Pusi: "Neftçi"dən daha yaxşı oynadığımızı düşünürəm"
- Aleksey Kaşuk yenidən “Qarabağ”ın matçında
- Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"
0
0