Futbol üzrə Azərbaycan I Liqasında XXII tura start verilib.
Turun ilk matçı Binə qəsəbə stadionunda keçirilir. Hazırda MOİK “Zaqatala”nı qəbul edir.
Apasport.az saytının matça ezam olunmuş əməkdaşının məlumatına görə, oyunda qəribə hadisə baş verib.
Belə ki, ehtiyat hakim Maqsud Şamıyevin mikrofonu ilk hissə ərzində işləməyib.
Referinin hadisələrə uzaq olduğu mübahisəli epizodlarda Şamıyev Murad Səlimovla əlaqə qura bilməyib. Nəticədə fərqli qərarlar qəbul olunub.
“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov yanlış qərarların səbəbini soruşduqda “mən onları eşidirəm, onlar məni eşitmir, kömək edə bilmirəm” cavabını alıb.
Oyunun sonrakı dəqiqələrində ehtiyat hakim suallarını laynsman vasitəsilə referiyə çatdırıb. İlk hissəyə əlavə olunan dəqiqəni də laynsman Şamıyevə bildirib.
Qeyd edək ki, ilk hissə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
- Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq"
- "Qarabağ" üçün Juninyo məsələsi bağlandı: AĞDAM TƏMSİLÇİSİNİN GÖZÜ PORTUQALİYADA
- "Liverpul" 10-cu dəfə kubokun qalibi oldu
- Şahin Diniyev: “Komandanın toparlanması məni sevindirir”
- Tomas Müller: Futbola Vida Edən "Bavariya" Əfsanəsi