"Neftçi"nin zədəli futbolçularının durumu bəlli oldu
18.02.2024 - 00:28

"Neftçi" Azərbaycan Premyer Liqasının 23-cü turunda "Zirə" ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, klubun mətbuat xidməti komandanın zədəli futbolçularının durumunu açıqlayıb.
“Sumqayıt”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında zədələnən Andre Şinyaşiki fərdi olaraq hazırlıq keçir. Uzun müddətdir zədəli olan İvan Brkiçin növbəti həftədən komanda ilə məşqlərə qoşulacağı gözlənilir. Emil Balayev, eləcə də Fələstin millisində zədələnən Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirir.
- “Zirə” avrokuboklara vəsiqəni təmin etdi
- "Qarabağ"ın azərbaycanlı futbolçusu Avropa yolunda - TRANSFERDƏ İSRARLIDIRLAR
- FIA 2025-ci il Formula 1 Dünya Çempionatı üçün media akkreditasiya qaydalarını açıqlayıb
- Azər Bağırov: “Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?”
- İdmançılarımız Batumidən 2 medalla dönür
0
0