Qadın güləşçimizdən bürünc medal
16.02.2024 - 23:58

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Azərbaycan millisinin iki üzvü döşəkçəyə çıxıb. 65 kq çəkidə Elis Manolova bürünc medal uğrunda almaniyalı Anne Nuernberger ilə güləşib. İdmançımız 2:1 hesablı qələbə ilə bürünc medal qazanıb.
Qeyd edək ki, qadın güləşçilərimiz Buxarestdə iki qızıl medal qazanıblar. Mariya Stadnik (50 kq) 10-cu, Alyona Kolesnik (59 kq) ilk dəfə qitənin ən güclüsü olub.
- Fərid Namazov: "Normalda bu aylarda qarşılaşmalar ən tez saat 4-5-də start götürməlidir"
- "Qəbələ"dən ilk transfer bombası: Braziliyalı hücumçu
- Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq"
- Azər Bağırov: “Gələcək oyunlarda istədiyimiz “Kəpəz”i görəcəyik”
- Vüsal Qələndərzadənin durumuna aydınlıq gəldi
0
0