"Qarabağ"da növbəti vidalar - iki ayrılıq dəqiqləşdi
21.04.2025 - 18:51

"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.
Apasport.az saytına verilən məlumata görə, daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.
Ağdam təmsilçisi Amin Ramazanovla vidalaşacaq.
Onun klubla müqavilə müddəti yayda başa çatacaq. Lakin tərəflər yeni sözləşmə imzalamayacaqlar.
Həmçinin "Qarabağ" Sadiq Ramazanovun gedişinə də şərait yaradacaq.
Gənc qapıçını Serbiyanın "İMT Beoqrad" klubu heyətinə qatmaq istəyir. Ağdam təmsilçisi isə bunun reallaşması üçün qolkiperlə yollarını ayıracaq.
- Kostiç Türkiyə klubuna razılıq verdi
- Şahin Diniyev: “İnanırdım ki, qələbə qazanacağıq”
- Qurban Qurbanov: “Bəzən real olmayan bir şeydən danışmaq düzgün çıxmaz”
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- "Bacardığımın ən yaxşısını etdim"
0
0