“Qəbələ” 2023-24 mövsümünün ikinci yarısının hazırlığına start verib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Misli Premyer Liqasının XVIII turunun “Sabah”la oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gəlib. Komanda qış təlim-məşq toplanışının ilk gününü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında gerçəkləşən hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib.
“Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” yanvarın 10-da “Kəpəz”, 15-də “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matçların başlama vaxtları ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə start veriləcək. “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşacaq.
- Li Karsli: “Azərbaycan millisinə qarşı İngiltərədə oynamağı səbrsizliklə gözləyirik”
- “Qarabağ”ın müdafiəçisi: “Üzərimizdə olan təzyiq təsirsiz ötüşmədi”
- Konfrans Liqası: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
- Kyeza Premyer Liqa klublarının hədəfində
- “Karvan” transferlərə start verdi: İLK HƏDƏF ODUR