Rəşad Sadıqov: “Hazırda bunu düşünürük”
20.04.2025 - 21:42
Rəşad Sadıqov: “Hazırda bunu düşünürük”

Misli Premyer Liqasının XXXI turunun “Zirə” - “Sumqayıt” matçından (3:1) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Vacib üç xal qazandıq. Birinci hissə bizim üçün daha rahat keçirdi. 2 top fərqi ilə irəlidə idik. "Sumqayıt" haqda oyunçularımıza məlumat vermişdik. Onlara baxımlı və rəngarəng futbol oynayan komanda olduğunu demişdik. Vaqif Cavadov çox yaxşı işlər görür. İkinci hissənin əvvəlində qol buraxdıq. O qoldan sonra müəyyən stress yarandı. "Sumqayıt" irəli getməyə başladı, hücum potensialını artırdı. Biz də daha çox müdafiəyəmeyilli dəyişikliklər edirdik. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. "Sumayıt" da hesabı bərabərləşdirə bilərdi. Şükür Allaha, üçüncü qolu biz vurduq".

- Qalib gəlməsəydiz, "Qarabağ" çempion olacaqdı. Bu məqam motivasiyasınızı artırırdı? 
- Bu barədə heç düşünmürdük. Aydın məsələdir ki, onlar çempiondur. Biz yalnız avrkubokları düşünürük. Hazırda bunu düşünürük. İkinci qolu buraxsaydıq da, futbolçularıma qəzəblənməyəcəkdim. Son turlar yaxınlaşdıqca, müəyyən stress olacaq.

- "Kocaelispor" yenidən Super Liqaya qayıtdı. 16 il qabaq onlar son dəfə Super Liqada olanda, siz də orda oynamışdız...  
- Çox sevindim. O komanda yüksək liqada oynamağa layiqdir. Azarkeşlər adına da çox sevindim. Möhtəşəm stadion tikilib. "Bursaspor", “Kocaelispor” kimi komandalar yüksək liqada oynamağa layiqdirlər.

- Ötən həftə “Neftçi” ilə oyunda Stefan Akaya qarşı rəqib azarkeşlər tərəfindən irqçilik edilmişdi. Bu gün Aka oyunu tribunadan izləyirdi. Onun psixoloji və fiziki durumu nə yerdədir?
- O epizod haqda hansısa məlumatım yoxdur. Bu haqda məlumatsızam. Zədəli olduğu üçün "Neftçi" ilə matçda dəyişmək istəyirdik. 2-3 həftə oynamayacaq. Aka çox gözəl qəlbli, xarakterli insandır. Açığı irqçi şüarları eşitməmişəm. Bəlkə bir nəfər deyib. Bunu da sırf "Neftçi" azarkeşlərinə bağlamaq olmaz.

- Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bu, sizin yerlilərlə bağlı planlarınıza təsir edəcək?
- Yox, planlarımız dəyişmir. Rəqabət olacaq. Biz DAK-la avrokubok matçında səfərdə 5 yerli ilə oynamışdıq. Kim güclü olacaqsa, o da oynayacaq. Heyətimizdə yerlilər də olacaq. Dəyərli yerlilərimiz var.  

- Danışıqlar apardığınız futbolçular var?
- Bəli, danışıqlar apardıqlarımız var. Danışacağımız futbolçular var. Amma çox futbolçu bizimlə davam edəcək.