
“Səbail”in aparıcı futbolçusu Rüfət Abdullazadənin taleyi qeyri-müəyyən olaraq qalır.
Onun yeni mövsümə hansı komandada başlayacağı hələ ki, bəlli deyil.
Apasport.az saytı olaraq, Abdullazadəyə “Erzurumspor”dan təklif olması haqda məlumatı ilk biz vermişdik.
Türkiyə təmsilçisi onu qışda heyətinə qatmaq istəsə də, futbolçu “Səbail”ə kömək olmaq üçün ən azından yaya qədər komandada qalmaq istəmişdi.
“Erzurumspor” Rüfətin bu qərarına baxmayaraq, onun xidmətində yenə də maraqlıdır. Futbolçunun mövsümün sonunda Türkiyəyə yollana biləcəyi gözlənilir.
Lakin Premyer Liqa klublarından da təklif alan yarımmüdafiəçi yekun qərarını məhz son turun ardından verəcək. Rüfətin legioner həyatı yaşamağa müsbət yanaşması, onun yeni sezona Türkiyədə başlamaq ehtimalını da yüksəldir.
Qeyd edək ki, onun klubla müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
- Bakıda ilk UFC qalibi Muhammed Usman oldu
- FİFA 2023-cü ilin ən yaxşılarını açıqladı: Messi “The Best”i qazandı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Avropa Liqası: "Sabah"a Sloveniyadan rəqib, "Legiya" "Aktobe" ilə qarşılaşacaq - YENİLƏNİB
- Qurban Qurbanov: “Bəzən real olmayan bir şeydən danışmaq düzgün çıxmaz”