Sanço "Borussiya" yolunda
02.01.2024 - 22:53
"Mançester Yunayted"in hücumçusu Ceydon Sanço Almaniyaya qayıda bilər.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" Dortmund "Borussiya"sı ilə futbolçunun mövsümün sonuna qədər icarəyə götürülməsiylə bağlı danışıqlar aparır.
Futbolçunun özü 2017-21-ci illərdə çıxış etdiyi komandaya qayıtmağa hazırdır. Transferin ümumi məbləği 3,5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Sanço ingiltərəlilərin baş məşqçisi Erik ten Haqla münaqişə yaşadığı üçün forma şansı qazanmır.
- "Liverpul" Avropa çempionunu istəyir
- Qurban Qurbanov: “Qara Qarayev planlarımız arasında yoxdur”
- "Napoli" Zelinskinin adını Çempionlar Liqasının iştirak ərizəsindən çıxartdı
- Erik Ramos: "Çempionata bu cür başlamaq turnirlə çox erkən vidalaşmaq deməkdir" - MÜSAHİBƏ
- Ramal Hüseynov: “Belə işləməkdənsə, evdə oturub özlərinə hörmət etsinlər” - MÜSAHİBƏ
0
0