Sabah keçiriləcək Azərbaycan - Belarus matçından öncə yığmamızın futbolçusu Səbuhi Abdullazadə mətbuat konfransında iştirak edib.
"Son oyunu uduzmuşuq. Ümid edirəm ki, sabahkı matçda həmin nəticəni unutdurarıq. Qələbə üçün oynayacağıq. Allah qoysa, qazanarıq".
- Ötən oyun uduzduqdan sonra Toral Bayramov xalqdan üzr istəmədi. Maksimum nəticə üçün hansı addımlar atmısız ki, tənqid olunmayasız?
- Ağır nəticə oldu. İstəməzdik ki, belə olsun. Psixoloji cəhətdən hazır olmaq və məşqçinin dediklərini yerinə yetirmək istəyirik. Qarşılaşmadan üzüağ çıxmaq niyyətindəyik.
- Təcrübəlilər sənə dəstək olur?
- Millidə debüt etdim. Təcrübəlilər də mənə kömək etdi.
- Belarus və Haiti nə dərəcədə fərqlənir?
- Haiti daha atletik komandadır. Amma Belarusla matça da hazırlaşmışıq. Baş məşqçimizin dediklərini edəcəyik.
- Ayxan Abbasov: “Onu əvəzləməyə gecikdik”
- Qurban Qurbanov: “Görünürdü ki, “Neftçi” çox ciddi hazırlaşıb”
- Batumidə “Grand Bellagio Championship-2" kikboksinq turniri keçirilib
- Azərbaycan çempionatında güləşçi final görüşünə Rusiya bayrağı olan triko ilə çıxıb
- “Qarabağ”dan növbəti tarix: ÇL-də ilk qələbə