Snayperlərimiz dünya çempionatında
24.09.2024 - 18:59

Gənclər arasında atıcılıq üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.
Apasport.az xəbər verir ki, yığmamız Perunun paytaxtı Limada 7 snayperlə təmsil olunacaq.
Sentyabrın 26-dan oktyabrın 7-dək keçiriləcək mundialda Leyli Əliyeva, Sofiya Barxalova, İmran Qarayev, Vladislav Kalmıkov, Hacı Musayev və Zeynəb Sultanova tapançadan atəş açmada mübarizə aparacaqlar. Nigar Ramazanova isə tüfəngdən hədəfi nişan alacaq.
Qeyd edək ki, çempionatda 50 ölkədən 536 atıcı iştirak edəcək.
- Stadiona yad əşya atmaq, azarkeşlərin cərimələnməsi - Qanuni video açıqlama
- UFC döyüş gecəsində ilkin görüşlərə yekun vurulub
- İsveç millisinin baş məşqçisi: “Sabah mütləq qalib gəlməliyik”
- "Sabah"ın Çempionlar Liqasındakı oyununun başlama vaxtı dəqiqləşib
- "Araz-Naxçıvan"ın yeni transfer hədəfi - SABİQ "PORTO"LU
0
0