
Əlcəzair millisinin sabiq üzvü Sofian Fequli karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytına verilən məlumata görə, təcrübəli futbolçunun xidməti bir neçə klubumuza təklif edilib.
Hazırda azad agent statusuna malik olan Fequli özü də Azərbaycanda oynamağa hazırdır.
O, bu barədə menecerlərinə bildirib.
Əllcəzairlinin xidmətində bir neçə Azərbaycan klubu maraqlıdır. Lakin hələ ki, rəsmi təkliflə çıxış edən olmayıb. Onun taleyinə yayda aydınlıq gələcək.
Qeyd edək ki, Fequli karyerası ərzində "Qrenobl", " Valensiya", "Almeriya", " Vest Hem", "Qalatasaray" və "Fatih Karagümrük" kimi klublarda çıxış edib.
- Bəxtiyar Musayev: “Sabah" yaranandan bəri əlcək kimi məşqçi dəyişib”
- Millətlər Liqası: İngiltərə İrlandiyaya, Almaniya Macarıstana qarşı
- Rəhman Hacıyev: “Nəticələrə baxanda adam dəli olur” - ÖZƏL
- “Neftçi”də kütləvi ayrılıq: Bu oyunçulardan başqa...
- Rövşən Nəcəf: “Həmin yerlilərlə millidə hansı uğura imza ata bilərik?”