“Zirə” onunla bağlı qərarını verdi: Tiaqo Silva planı
08.04.2025 - 12:10

“Zirə”nin qapıçısı Tiaqo Silvanın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub onunla bağlı qərarını verib.
Qəsəbə təmsilçisi qolkiperin çıxışından məmnundur.
“Qartallar” portuqaliyalını heyətdə saxlamaq niyyətindədir. Tərəflər arasında danışıqlar prosesi başlayıb.
Klub futbolçu ilə yeni müqavilə imzalamağa yaxındır. Tiaqonun özünün də komandada qalmağa müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Silvanın hazırkı sözləşmə müddəti mövsümün sonunda başa çatacaq. O, 2023-cü ilin yayından “Zirə”də çıxış edir.
- "Fənərbaxça"dan darmadağın, Şahruddinli "Demirspor"dan növbəti xal itkisi - VİDEO
- Rəşad Sadıqov: "Əvvəlki matçlardan fərqli olan bu idi"
- Emil Mustafayevin yolu haradır? - AVROPA VƏ AZƏRBAYCAN VARİANTI
- Millimizdən növbəti medal
- "Şamaxı"nın futbolçusu Türkiyə klublarının hədəfində - "Sabah"la mübarizə aparacaqlar
0
0