Arda Gülər “Real”da qol hesabını açdı
11.03.2024 - 00:04

La Liqada 28-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, "Real" "Selta"nı qəbul edib.
Görüş madridlilərin 4:0 hesablı qələbəsi ilə nəticələnib. Komandanın ilk qoluna Vinisius Juniyor imza atıb. Ardından qonaqlar iki avtoqolla yadda qalıb. Matçda son nöqtəni isə "kral klubu"nda debüt qolunu vuran Arda Gülər qoyub.
Qeyd edək ki, "Real" 69 xalla İspaniya çempionatının lideridir.
- Qurban Qurbanov: “Onunla danışığımız olmayıb”
- “Formula 1” Qatar Airways Azərbaycan Qran-prisi 2024-ün kuboku “Odlar Yurdu”na həsr edilib
- Qurban Qurbanov: "Onun əsas heyətdə olub-olmayacağı bilinmir"
- Millətlər Liqası: İspaniya İsveçrəyə, Portuqaliya Şotlandiyaya qarşı
- “Turan Tovuz”un futbolçuları azarkeşlərə hücum çəkdi
0
0