“Zirə”nin qapıçısı Aydın Bayramov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubuna qarşı keçirdikləri ilk oyunu dəyərləndirib.
29 yaşlı qolkiper "Apasport"a açıqlamasında 3:0 hesablı qələbədən sonra matçın çətin keçdiyini bildirib:
“Düzdür, asan oyun yoxdur. Rəqib bizdən daha hazır idi. Onlar çempionatda oynayırlar, biz isə hazırlıq mərhələsindəyik. Buna baxmayaraq, özümüzə güvəndik. Hər oyuna qələbə üçün çıxırıq. Şükürlər olsun ki, yaxşı nəticə qazandıq”.
Bayramov cavab görüşündə də komandanı çətin mübarizənin gözlədiyini vurğulayıb:
“Heç nə həll olunmayıb. Qarşıda bizi səfər oyunu gözləyir. Düşünürəm ki, onlar cavab matçına başqa cür hazırlaşacaqlar. Biz də yaxşı hazırlaşmalı və həmin oyunda da istədiyimiz nəticəni qazanmalıyıq”.
Qeyd edək ki, “Zirə” “Torpedo”ya 3:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu Gürcüstanda keçiriləcək.