Minsk “Dinamo”sunun Konfrans Liqası matçlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcəyini xəbər vermişdik.
Apasport.az-ın əldə etdiyi məlumata görə, azərbaycanlı jurnalistlər də bu oyunları yerindən işıqlandıra biləcək.
Belə ki, KİV nümayəndələrinin stadiona girişi mümkün olacaq. Bunun üçün jurnalistlər UEFA və ya “Dinamo”ya müraciət etməlidirlər. Təsdiq cavabı alan şəxslərin media tribunasına, mətbuat konfranslarına və miks zonaya girişinə icazə veriləcək.
Təşkilati məsələlərdə "Sumqayıt" və yerli qurumların səlahiyyəti olmayacaq.
Xatırladaq ki, UEFA-nın qərarına əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.
Qeyd edək ki, komandanın bütün ev matçları azarkeşsiz keçiriləcək.
İsmayıl Xeyrullayev
- Fərrux Mahmudov: “İki futbolçuya təklif göndərilib, cavab gözləyirik”
- Cenk Sümer: “Çempionluğa namizədlərdən biriyik”
- “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılış mərasimi keçirilib
- Palmer "Mançester Siti"nin hədəfində: SONRAKI PEŞMANÇILIQ FAYDA VERƏCƏK?
- Şeydayev əsas komandaya qayıda bilər - YEGANƏ ŞANS