20 iyun 2025-ci il tarixində Bakıda keçiriləcək “UFC Fight Night: Hill vs Rountree Jr.” döyüş həftəsində azarkeşləri daha bir möhtəşəm tədbir – təntənəli çəkiölçmə mərasimi gözləyir.
Apasport.az xəbər verir ki, saat 17:00-dan etibarən UFC döyüşçüləri səhnəyə çıxaraq, azarkeşlərin suallarını cavablandıracaqlar.
Tədbir Baku Crystal Hall-da baş tutacaq və azarkeşlər üçün açıq olacaq. Saat 18:00-da isə oktaqonda qarşılaşacaq döyüşçülərin təntənəli çəkiölçmə mərasimi başlayacaq. Üzləşmə mərasimi baş tutacaq və döyüş öncəsi son açıqlamalar veriləcək.
Qeyd edək ki, tədbirə giriş sərbəstdir.
- "Kəpəz"in yeni baş məşqçisi RƏSMİLƏŞDİ
- İqor Mitreski: “Neftçi"də heç kim Anderssondan hesabat tələb etmədi?” - MÜSAHİBƏ
- I Liqaya yolçu qalmasın – Batan Gəmiyə Kapitan Axtarılır
- Sedat Saini: "Bayer"ə ən çətin anlar yaşadan komanda "Qarabağ" idi"
- Rövşən Nəcəf: "Millinin oyunundan və nəticədən razı deyilik"