Rusiya millisində ayrılıq
12.02.2025 - 11:26
Bədii gimnastika üzrə Rusiya milli komandasında ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi İrina Viner postunu tərk edib.
Bunu mütəxəssisin özü açıqlayıb. O, bildirib ki, topladığı təcrübəni yeni məşqçilərə ötürmək niyyətindədir.
"Bədii gimnastika mənim həyatımdır. Xoşbəxtəm ki, bu gözəl idman növünün inkişafına öz töhfəmi verə bildim. Buna baxmayaraq, bədii gimnastika üzrə Rusiya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verirəm".
Qeyd edək ki, 76 yaşlı mütəxəssis 2001-ci ildən yığmanı çalışdırırdı.
- UFC: Rafael Fizievdən erkən nokaut
- Bəxtiyar Musayev: “Sabah" yaranandan bəri əlcək kimi məşqçi dəyişib”
- "Qarabağ" üçün Juninyo məsələsi bağlandı: AĞDAM TƏMSİLÇİSİNİN GÖZÜ PORTUQALİYADA
- Nazim Sadıxov: “Məni məğlub etmək istəyən, tapança ilə gəlməlidir”
- Qurban Qurbanov: “Bunlar elə elementlərdir ki, aradan qaldırmaq rahatdır”
0
0