"Real"ın yarımmüdafiəçisi Arda Gülər komandada debüt edib.
Apasport.az xəbər verir ki, o, İspaniya Kral Kubokunun 4-cü turunun "Arandina" ilə oyununda (1:3) meydana çıxıb.
Türkiyəli futbolçu matçın start heyətində yer alıb. Madrid klubunun forması ilə debüt edən 18 yaşlı yarımmüdafiəçi 59 dəqiqə meydanda qalıb və göstərdiyi oyunla böyük alqış toplayıb.
Vunderkidin ilk hissədə yerinə yetirdiyi cərimə zərbəsi qapı dirəyinə tuş gəlib. Tənqidçilərdən yüksək xal alan Arda baş məşqçi Karlo Ancelottiyə "mən burdayam" mesajı verə bilib.
Qeyd edək ki, Gülər 2023-cü ilin iyulunda "Fənərbaxça"dan "Real"a keçib.
- Rəşad Sadıqov “Şamaxı”da: “Turan”ı analiz edir - FOTO
- Yüksək Liqa: "Neftçi" rəqib qapısından 36 top keçirdi
- "Arsenal" zədəli oyunçusunu Çempionlar Liqası üçün sifariş etdi
- Ali Koç "Fənərbaxça"nın əsas hədəfini açıqladı: BANKLAR BİRLİYİ...
- Milyonlar xərclənən legionerlərimiz hardadır? - Yerli və milli toplanış