"Arsenal" zədəli oyunçusunu Çempionlar Liqası üçün sifariş etdi
07.02.2024 - 00:22
"Arsenal" Çempionlar Liqasının pley-off matçları üçün iştirak ərizəsini açıqlayıb.
Apasport.az xəbər verir ki, siyahıda Yurren Timberin də adı yer alıb.
Niderlandlı müdafiəçi Premyer Liqanın 1-ci turunun “Nottingem”lə oyununda (2:1) zədələndikdən sonra komandadan uzaq qalıb. Ön çarpaz bağın yırtılmasından əziyyət çəkən futbolçunun yaşıl meydanlara nə zaman dönəcəyi məlum deyil.
Qeyd edək ki, Timber ötən yay 40 milyon avroya "Ayaks"dan "Arsenal"a keçib.
- Fiziev 10-cu pillədə: UFC-nin reytinq cədvəli yeniləndi
- Argentina və Braziliya məğlub oldu
- "Qarabağ" üçün Juninyo məsələsi bağlandı: AĞDAM TƏMSİLÇİSİNİN GÖZÜ PORTUQALİYADA
- Koffidən "Neftçi"yə rest: "Yaxşı təklif alsam, gedəcəm"
- Orxan Əliyev: "Ruan Renatonun özü üçün də mənə qarşı oynamaq asan deyildi"
0
0