"Bavariya"nın futbolçuları komandaya qayıtdı
07.02.2024 - 20:55
"Bavariya"nın futbolçuları Coşua Kimmix və Deotşankul Upamekano komandaya qayıdıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, onlar ümumi qrupla məşqlərə başlayıb. Hər iki oyunçu “Union”la matçdan (1:0) sonra zədə səbəbindən meydana çıxmayıb. Kimmix çiynindən xəsarət alıb. Upamekano isə sol budun arxa əzələ liflərinin yırtılması problemi ilə üzləşib. Hazırda onların durumu yaxşıdır.
Qeyd edək ki, Almaniya Bundesliqasında 20 matçdan sonra "Bavariya" 50 xalla ikinci pillədə qərarlaşıb.
- "Neftçi"də onun da qələmi qırıldı: ƏVƏZEDİCİ KOMANDAYA GÖNDƏRİLDİ
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- UFC: Fərman Həsənovdan mükəmməl debüt
- "Fənərbaxça"dan qələbə, "Beşiktaş" xal itirdi
- Qara Qarayev: “Ən təhlükəli rəqiblə qarşılaşacağıq”
0
0