"Bayer" "Hoffenhaym"ın hücumçusunu istəyir
26.03.2024 - 22:51
"Bayer" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub "Hoffenhaym"ın hücumçusu Maksimilian Bayerlə maraqlanır.
Klub onu çexiyalı forvard Adam Qlozekin mümkün əvəzedicisi kimi görür. Həmçinin, Viktor Bonifeysin mövsümün sonunda komandanı tərk edəcəyi halda, Bayer irəli xətdə onun mövqeyini doldura bilər. "Hoffenhaym" futbolçusu üçün 30 milyon avro tələb edir.
Qeyd edək ki, Bayer bu mövsüm “Hoffenhaym”ın heyətində 25 matçda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.
- “Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq”
- Millimizdən növbəti medal
- “Qarabağ”ın monteneqrolusunun durumuna aydınlıq gəldi: KOMANDADA QALACAQ?
- Samir Abasov: “Referinin düzgün qərar verdiyinə inanıram”
- Millətlər Liqası: Portuqaliyadan qələbə, İspaniya Serbiya ilə bacarmadı
0
0