Benzema münaqişə yaşadı və məşqi tərk etdi
07.02.2024 - 19:55
"Əl-İttihad"ın futbolçusu Kərim Benzemanın kluba qayıdışı xoş alınmayıb.
Apasport.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilib ki, o, qayıtdıqdan sonra baş məşqçi Marselo Qalardo ilə münaqişə yaşayıb. Forvard mütəxəssisin qərarı ilə çalışmalara fərdi davam edib. Bu, Benzemanın xoşuna gəlməyib və o, qəzəblənərək məşqi erkən tərk edib.
Xatırladaq ki, yanvarın ortalarında “Əl-İttihad”ın baş məşqçisi Marselo Qalardo fransalını klub bazasına vaxtında gəlmədiyinə görə cəzalandırmışdı.
- Qarabağın yeni transferi tibbi müayinədən keçdi: BAZAYA DƏVƏT EDİLDİ
- Kaxaber Sxadadze: “Yüksək yerlər uğrunda oynamaq çətindir”
- Paris-2024: Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
- "Neftçi" - "Qarabağ" matçının premium tribuna biletləri satışda
- Yüksək Liqa: "Neftçi" rəqib qapısından 36 top keçirdi
0
0