"Fənərbaxça" yenidən liderliyə yüksəldi
17.02.2024 - 23:08

Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, liderlərdən "Fənərbaxça" da növbəti matçına çıxıb.
Komanda səfərdə "Rizespor"la qarşılaşıb. İstanbullular 3:1 hesablı qələbə qazanıb. "Sarı-lacivərtlilər"in heyətində Sərdar Dursun, Edin Ceko və İrfan Can Kahveci fərqlənib. Meydan sahiblərinin qoluna isə Yankov Minçev imza atıb.
Qeyd edək ki, bu qələbə ilə xalını 67-ə çatdıran "Fənərbaxça" turnir cədvəlində 1-ci pilləyə yüksəlib.
- Miodraq Bojoviç: "Bu baxımdan bizim bəxtimiz gətirdi"
- Palmer "Mançester Siti"nin hədəfində: SONRAKI PEŞMANÇILIQ FAYDA VERƏCƏK?
- "Qarabağ" Benzianın boşluğunu onunla doldurur - HƏMİN BALLESTERO KİMDİR?
- "Vest Hem"in yarımmüdafiəçisi "Betis"də
- Ruslan Qafitullin: “Onlara diqqətli olmalarını tapşırmışdıq”
0
0