İnzagi "İnter"də qalacaq
29.03.2024 - 00:30
“İnter” baş məşqçi Simone İnzagi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub onunla yeni müqavilə imzalayacaq.
İtaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi razılaşma əldə olunub. Yeni sözləşmənin şərtlərinə görə, İnzaginin məvacibi 5,5 milyon avrodan 6,5 avroya yüksələcək. “İnter” İtaliya çempionu olduqdan sonra razılaşma rəsmiləşəcək. Komanda 29 turdan sonra A Seriyasında liderdir və ən yaxın izləyicisini "Milan"ı 12 xal qabaqlayır.
Qeyd edək ki, İnzagi 2021-ci ildən “İnter”ə rəhbərlik edir.
- Boksçularımız Polşa turnirində mübarizə aparacaq
- "Neftçi" yenidən Rusiya klubu ilə qarşılaşacaq
- Mişel Pereyra: “Həyatım açıq kitab kimidir”
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- Bizim sədaqətimiz sizin büdcənizdən böyükdür!
0
0