İspaniya kubokunun oyunu yarımçıq dayandırıldı
08.01.2024 - 00:05
İspaniya Kral Kubokunun 1/16 final mərhələsinin oyunu təxirə salınıb.
Apasport.az xəbər verir ki, "Unionistas de Salamanka" - "Vilyarreal" matçı (1:1) yarımçıq dayandırılıb.
Buna səbəb "Reyna Sofiya" stadionunun işıqlandırmasında nasazlıq yaranması olub. Qarşılaşma 90 dəqiqə davam edib. Lakin əlavə vaxt zamanı işıqlar sönüb. Baş hakim görüşü təxirə salıb.
Qeyd edək ki, matçın davamının nə zaman oynanılacağı hələ ki, məlum deyil.
- Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
- Qriqorçukun tikdiyi ev Abasovun başına yıxılır - "Neftçi", dərdim mənim!
- “Qarabağ”dan növbəti qələbə
- "Napoli"nin yarımmüdafiəçisi "İnter" yolunda
- "Şkendiya"nın kapitanı: "Qarabağ" Çempionlar Liqasında oynamağa layiqdir"
0
0