Kruniç rəsmən "Fənərbaxça"da
13.01.2024 - 21:22
"Fənərbaxça" növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Türkiyə təmsilçisi “Milan”ın yarımmüdafiəçisi Rade Kruniçi heyətinə qatıb. İcarə müqaviləsində tamhüquqlu transfer etmək imkanı da yer alıb. Futbolçu bu gün tibbi müayinədən keçib.
Qeyd edək ki, 30 yaşlı bosniyalı 2019-cu ildən "Milan"da çıxış edir. O, “rossonyerilər”in heyətində 139 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
- II Liqa: "Şahdağ Qusar" və "Dinamo"dan səfər qələbəsi, İmişlidə bərabərlik
- "Çelsi" Deyvis və Kerkezlə maraqlanır
- Sumqayıtda hərəyə 2 qol, 1 xal - YENİLƏNİB
- Mərdəkanda qorxulu anlar: Futbolçu özündən getdi
- “Şamaxı”nın qapıçısı: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”
0
0