La Liqada ayın məşqçisi bəlli oldu
09.09.2024 - 23:03
İspaniya La Liqasında avqust ayının ən yaxşı məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Bu ada "Barselona"nın baş məşqçisi Hans-Diter Flik layiq görülüb. Onun komandası ötən ay "Valensiya" (2:1), "Atletik" (2:1), "Rayo Valyekano" (2:1) və "Valyadolid"i (7:0) məğlub edib.
Qeyd edək ki, almaniyalı mütəxəssis iyul ayından "Barselona"ya rəhbərlik edir.
- "Qarabağ"ın yeni hücumçu hədəfi: BU DƏFƏ ALINACAQ?
- Millimizin rəqibləri bəlli oldu
- "Qarabağ"da yol ayrımı: daha bir legioner Avropa yolunda
- Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edilib
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
0
0