“Mançester Yunayted”dən “Sevilya”ya
06.01.2024 - 22:28
"Mançester Yunayted"in yarımmüdafiəçisi Hannibal Mecbri komandanı tərk edir.
Apasport.az xəbər verir ki, o, icarə əsasında "Sevilya"ya keçməyə qərar verib.
Futbolçunun xidmətində “Lion” və “Frayburq” da maraqlı olsa da, tunisli yarımmüdafiəçi və onun nümayəndələrinin seçimi əndəlüslülər olub. "Sevilya" 2023-cü ilin avqustundan "qırmızı şeytanlar"la onunla bağlı danışıqlar aparır.
Qeyd edək ki, klub nümayəndələri yaxın vaxtlarda icarə müqaviləsinin şərtlərini müzakirə edəcəklər.
- Yüksək Liqada komanda sayı artacaq? - ÖZƏL
- "Neftçi"nin Yeni Transferi Kimdir: “Maynts” Akademiyasından Bakı Klubuna
- Lamiyə Vəliyeva Kimdir? İkiqat Paralimpiya Çempionumuz Barədə Bilmədiklərimiz
- Rodri Kimdir? İspaniya Millisinin Keçilməz Səddi
- UFC turnirində iştirak edəcək idmançıların rəsmi çəkiölçmə mərasimi baş tutub
0
0