
"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Lion" heyətini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Fransa təmsilçisi Jordan Veretunu rənglərinə bağlayıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Yarımmüdafiəçi "Marsel"i "ağ-göylər"ə dəyişib. Tərəflər arasında imzalanan müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
"Lion" bu transfer üçün bonuslar daxil 7 milyon avro ödəyəcək. Əlavə olaraq, futbolçunun sabiq klubu onun növbəti satışından 25 faizlik gəlir əldə edəcək.
Qeyd edək ki, Jordan ötən mövsüm Liqa 1-də 29 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
- "Zirə"nin legionerinin təklifləri var - QƏRARINI VERDİ
- “Sumqayıt” Premyer Liqa klubunun kapitanını istəyir - ÖZƏL
- Ağırlıqqaldıranımız İspaniyada 9-cu oldu
- Ernani Pereyra: "Karvan"ı Premyer Liqada görmək çox xoş və həyəcanlıdır"
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib