"Real"da müdafiəçi problemi davam edir
07.02.2024 - 21:55
"Real"da itkilər davam edir.
Apasport.az xəbər verir ki, komandada müdafiəçi problemi yaşanır.
"Kral klubu"nun bu gün baş tutan məşqində arxa xətt oyunçularının heç biri ümumi qrupda yer almayıb. Antonio Rudiger fərdi proqram üzrə meydanda, Naço Fernandes idman zalında məşq edib. David Alaba və Eder Militao isə bərpa prosesini davam etdirirlər.
Qeyd edək ki, "Real" İspaniya çempionatının turnir cədvəlinə 23 turdan sonra 58 xalla başçılıq edir.
- Erik Ramos: "Çempionata bu cür başlamaq turnirlə çox erkən vidalaşmaq deməkdir" - MÜSAHİBƏ
- "Səbail"də ayrılıq yaşana bilər - Premyer Liqadan istəyirlər
- İspaniya kubokunun oyunu yarımçıq dayandırıldı
- "Cəbrayıl"ın baş məşqçisi: "Əsas olan komandanın sxemasını formalaşdırmaqdır"
- Lamin Yamal: "Barselona"nın Parlayan Ulduzu
0
0