Millimiz Qazaxıstanı məğlub etdi
19.02.2025 - 16:20
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda qrupdakı son matçını qələbə ilə başa vurub.
Apasport.az xəbər verir ki, komandamız Qazaxıstan yığmasını 2:1 hesabı ilə üstələyib.
Millinin heyətində Əhməd Vəliyev (57) və İmran Süleymanzadə (66) fərqlənib.
Qeyd edək ki, U-17 daha əvvəl keçirdiyi görüşlərdə Rusiya millisinə 0:3 hesabı ilə məğlub olub, İranı isə üstələyib (1:0).
- "Beşiktaş"da ayrılıq baş verə bilər
- İngiltərə millisinin heyəti açıqlanıb - Arnold və Qriliş daxil edilməyib
- “Zirə” - “Kəpəz” matçının başlama saatı yenə dəyişdirildi
- "Bayer" "Qarabağ" travmasını unutmayıb: Adminləri qorxur - FOTO
- Rəşad Sadıqov: "Hakimlik haqda danışmaq istəmirəm, hər şey ortadadır"
0
0