"Bayer" Xabi ilə vidalaşdı - Rəsmi
09.05.2025 - 17:03
"Bayer" mövsümün sonunda komandadan ayrılacaq baş məşqçisi Xabi Alonso ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, Almaniya klubu sosial şəbəkə hesablarında ispaniyalı mütəxəssisə təşəkkür edib:
"Professor, məşqçidən daha çox əfsanə. Hər şeyə görə təşəkkür edirik".
Xabi Alonsonun yeni mövsümdən "Real"ı çalışdıracağı gözlənilir.
Qeyd edək ki, 43 yaşlı mütəxəssis 2022-ci ildən "Bayer"in baş məşqçisidir. Leverkuzen klubu ötən mövsüm Alonsonun rəhbərliyi altında tarixində ilk dəfə Almaniya çempionu olub. Bu mövsüm isə "Bayer" 2-ci yeri təmin edib.
- “Beşiktaş”ın futbolçusu Rusiyaya transfer ola bilər
- Matias: "Oğlumun autizmli olması da ayrı bir mübarizədir"
- “Zirə” - “Kəpəz” matçının başlama saatı yenə dəyişdirildi
- Millimizin baş məşqçisi: "İkinci görüşdə fərdi səhvlərə görə məğlub olduq"
- Millimiz təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırıb
0
0