Antuan Qrizmann Fransa millisindəki oyun sayını 100-ə çatdırıb.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Millətlər Liqasının finalında İspaniya matçda meydana çıxmaqla yubileyini qeyd edib.
Bununla "Atletiko"nun forvardı Fransa yığmasında "100-lər klubu"nun 9-cu sakini olub. Onun həmyerlilərindən Lilian Türam 142, Uqo Lyoris 134, Tyerri Anri 123, Marsel Desayi 116, Olivye Jiru 110, Zinəddin Zidan 108, Patrik Vieyra 107 və hazırkı baş məşqçi Didye Deşamın aktivində 103 qarşılaşma var.
Milanda baş tutan final görüşündə İspaniya üzərində 2:1 hesablı qələbə qazanan fransızlar Millətlər Liqasının qalibi olub.
Qeyd edək ki, Azərbaycan millisi tarixində 100 səddinə çatan yeganə futbolçu Rəşad Sadıqovdur. "Zirə"nin baş məşqçisi yığmanın heyətində 111 görüşdə iştirak edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”