Konfrans Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşan “Aşdod”da koronavirus şübhəsi yaranıb.
Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk qarşılaşmada yarımmüdafiəçi David Roy Nyenq məşqçilər korpusunu qorxudub.
Start heyətində meydana daxil olan kamerunlu futbolçuda oyunun gedişində başgicəllənmə yaranıb və bu üzdən 25-ci dəqiqədə baş məşqçi Ran Bem Şimon əvəzləməyə əl atıb. 19 yaşlı Nyenq özünü halsız hiss etdiyindən həkimlər onun koronavirusa yoluxmasından şübhələnib. İsrailə dönər-dönməz hər kəsdən test götürülüb. Bütün komanda kimi, Nyenqdə də testin nəticəsi neqativ çıxıb.
Qeyd edək ki, Bakıda qolsuz bərabərə qalan komandalar arasında cavab görüşü iyulun 29-da Aşdodda olacaq.
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu