“Atletiko” futbolçusunu 50 milyonluq ziyanla sata bilər
15.10.2021 - 00:36
“Atletiko”nun hücumçusu Joao Feliks karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “Liverpul” ulduz futbolçunun xidmətində maraqlıdır.
“Qırmızılar” “Atletiko”da stabil oynamaq imkanı qazanmayan Portuqaliya millisinin üzvü üçün 63 milyon funt-sterlinq təklif edib. İspanlar bunu müsbət cavablandırsa, 50 milyonluq ziyana düşəcək. Çünki “Atletiko” Feliksi 113 milyon funt-sterlinqə alıb.
Qeyd edək ki, La Liqa çempionu Joao Feliksi 2019-cu ildə “Benfika”dan transfer edib.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0