“Atletiko”nun futbolçusu millinin heyətindən çıxarıldı
04.10.2021 - 00:03
İspaniya La Liqasının VIII turunda “Barselona”nı 2:0 hesabı ilə məğlub edən “Atletiko” iki futbolçusunu itirib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Markos Lorentenin sağ ayağındakı əzələsi xəsarət alıb.
O, tibbi müayinə və fizioterapiya keçəcək. Lorente ardınca fərdi proqramla çalışacaq. Bu üzdən Markos İspaniya yığmasından da kənar düşüb. Onu oktyabrda keçiriləcək seçmə oyunlarda Brayan Xil əvəzləyəcək.
Həmçinin müdafiəçi Stefan Saviç də zədələnib. O, sol ayağından xəsarət alıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0