“Ayaks” qapıçısı Andre Onana ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, Niderland klubu kamerunlu qolkiperlə yollarını ayıracaq.
Bunu amsterdamlıların idman direktoru Mark Overmars açıqlayıb. O bildirib ki, dopinqdən istifadə etdiyi üçün bu ilin fevralında diskvalifikasiya olunan qapıçı ilə yeni müqavilə imzalanmayacaq: “Andre ilə müqaviləni uzatmaq üzərində işləmirik. Artıq sınadıq, bir nəticə vermədi. Buna görə də irəli baxacağıq”.
25 yaşlı qapıçının yeni klubu da artıq bəllidir. "Ayaks"la müqaviləsi ilin sonuna qədər olan Onana "İnter"lə 4 illik müqaviləni razılaşdırıb.
Qeyd edək ki, Andre Onananın cəzası noyabrda başa çatacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”