İsveçrə millisinin və “Bazel”in sabiq futbolçusu Timm Kloze özünə yeni komanda axtarır.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, icarə əsasında oynadığı “Bazel”dən qayıtdıqdan sonra müqavilə ilə məxsus olduğu “Norviç”dən də ayrılan 33 yaşlı mərkəz müdafiəçisi təklifləri dəyərləndirməyə hazırdır.
Kloze maliyyə baxımından heç bir probleminin olmadığını, bu səbəbdən yalnız karyeranı düşündüyünü söyləyib. Maraqlıdır ki, o, Azərbaycandan gələcək təkliflərə indidən qapını bağlayıb: “Hələ də butslarımdan imtina etməmişəm. Peşəkar futbolçu kimi yeni macəralar axtarıram. Amma Türkiyə və ya Azərbaycana getməyim mümkün deyil. Digər təklifləri dəyərləndirməyə hazıram”.
Qeyd edək ki, “Bazel”in yetirməsi olan Timm Kloze karyerası ərzində Almaniyada “Nürnberq” və “Volfsburq” kimi klublarda da çıxış edib.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi