“Barselona” 2020/21 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu rəsmi saytı vasitəsilə 481 milyon avro ziyana düşdüyünü bəyan edib.
Klubun əməliyyat gəliri büdcəsi 631 milyon avrodur. Halbuki bu rəqəm 828 milyon nəzərdə tutulmuşdu. Xərclər 955 milyondan 1 milyard 130 milyon avroya yüksəlib. La Liqa təmsilçisinin əməliyyat ziyanı 501 milyon, vergi çıxıldıqdan sonra isə 481 milyon avro ziyanı olduğu aşkarlanıb.
Rəhbərlik 2021/22 mövsümündə gəlirlərin 765 milyona, xərclərin isə 784 milyona enəcəyini gözləyir. Klub mövsümü ümumilikdə 5 milyon avroluq gəlirlə başa vuracağına ümid edir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”