“Barselona” Ter-Şteqenə müştəri axtarır – PSJ-yə müraciət edəcək
28.01.2022 - 00:36
“Barselona” qapıçısı Mark-Andre Ter-Şteqenlə yollarını ayırmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu almaniyalı qapıçını PSJ-nin qolkiperi Canluici Donnarumma ilə dəyişmək istəyir.
La Liqa təmsilçisi bununla bağlı fransalılara rəsmi müraciət göndərəcək. Ter-Şteqen isə komandasını dəyişmək fikrindən uzaqdır. O, “Barselona”da qalmağa üstünlük verir.
Qeyd edək ki, almaniyalının müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0