Danimarka millisinin futbolçusu Martin Braytveyt “Barselona”nı tərk edir.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvard İspaniya klubunun onu satmasına razılıq verib.
Futbolçu digər klubda daha çox qazana biləcəyini düşünür. Klub rəhbərliyi Martini satmaqla maaş cədvəlindəki ümumi məbləği azaltmağa nail olacaq.
La Liqa təmsilçisi Braytveytin satışından da qazanmağı planlaşdırır. Onlar hücumçu üçün ən azı 15 milyon almaq niyyətindədir.
Qeyd edək ki, Barselona ilə müqaviləsi 2024-cü ildə başa çatacaq hücumçu “Valensiya”, “Vest Hem”, “Norviç”, “Brayton” və adı açıqlanmayan Rusiya klubundan təklif alıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi