“Barselona”nın Qavi planı
03.10.2021 - 22:57
İspaniyanın “Barselona” klubu futbolçusu Qavi ilə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi 17 yaşlı yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlara başlayıb.
Qaviyə daha yaxşı şərtlərlə müqavilə təklif olunub. Klubun yetirməsi olan gənc istedadın indiki anlaşması 2023-cü ilin yayında başa çatacaq.
Futbolçu hazırda əvəzedici komandadakı maaşı alır. Klub rəhbərliyi yeni müqavilədə onun daha yüksək qazanc əldə etməsini istəyir.
Qeyd edək ki, Qavi bu mövsüm debüt etdiyi əsas komandada 6 oyuna çıxıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0