“Barselona”ya öz yetirməsi təklif olundu
27.01.2022 - 15:28
İspaniyanın “Barselona” klubuna daha bir futbolçu təklif olunub.
Apasport.az saytının məlumatına görə, “Vulverhempton”un futbolçusu Adama Traore La Liqa klubuna keçə bilər.
26 yaşlı ispaniyalının agenti Jorje Mendeş Barselonaın eyniadlı təmsilçisinə yetirməsini geri qaytarmağı tövsiyə edib. Traorenin sonradan transfer olunmaq öhdəliyi ilə bir illik icarəsi nəzərdə tutulub.
Qeyd edək ki, 26 yaşlı Mali əsilli ispaniyalı “Barselona” akademiyasının yetirməsidir və peşəkar karyerasına da bu klubda başlayıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0