“Bavariya” heyətinə yeni yarımmüdafiəçi qatmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu “Ayaks”ın futbolçusu Rayan Qravanberxlə müqaviləni razılaşdırıb.
19 yaşlı yarımmüdafiəçinin keçidinin rəsmiləşməsi üçün iki klub arasında razılıq da əldə olunmalıdır. Niderland təmsilçisi futbolçu üçün 35 milyon tələb edir. Münhenlilər transfer üçün 25 milyon və əlavə bonuslar ödəməyi planlaşdırır.
Qravenberx 2023-cü ilin yayında başa çatacaq müqaviləsini uzatmayacağını qətiləşdirib. Bu üzdən amsterdamlılar bu yay oyunçunu satmaq niyyətindədir.
Qeyd edək ki, cari mövsüm “Ayaks”da 38 oyun keçirən yarımmüdafiəçi 2 qol və 6 assistə imza atıb.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi