“Çelsi”nin hücumçusu Timo Verner Almaniyaya qayıda bilər.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “Bavariya”nın maraq dairəsindədir.
Romelu Lukakunun gəlişindən sonra əsas heyətdəki yerini itirməsi gözlənilən 25 yaşlı forvard özü də ölkəsinə dönməyin əleyhinə deyil. “Bavariya” onu yanvarda heyətinə qatmağı planlaşdırır. Ancaq ingilislərin ilk təklifə cavabı fərqli olub. London təmsilçisi Vernerin yarımmüdafiəçi Leroy Sane ilə dəyişdirilməsini təklif edib. Hazırda klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Timo Verner ötən mövsüm 52 oyun keçirib, 12 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?