Çempionlar Liqasının 1/4 final mərhələsinin “Benfika” – “Liverpul” oyununda xoşagəlməz olay yaşanıb.
Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin bir azarkeşi qonaqların futbolçusu Luis Diasa taxta parçası atıb.
Hadisə kiolumbiyalı hücumçu komandasının üçüncü qolunu vurduqdan sonra qol sevincini yaşayarkən baş verib. Tribunalara tərəf qaçan 25 yaşlı forvarda yaxınlıqda olan azarkeşlərdən biri taxta parçası atıb. Xoşbəxtlikdən Portuqaliya klubunun fanatı hədəfi düzgün nişan ala bilməyib. Luis Diasa qarşı nifrətin səbəbi isə onun əvvəllər “Benfika”nın əzəli rəqibi “Porto”da oynamasıdır.
Qeyd edək ki, qarşılaşma “Liverpul”un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ