“Böyük beşlik” liqalarında ən yaşlı baş məşqçilərin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Uotford”un baş məşqçisi təyin olunan Roy Hocson dərhal zirvəni ələ keçirib.
O, “Böyük beşlik”də bir nömrəli “ağsaqqal”a çevrilib. Hocson bunadək öndə olan Manuel Pelleqrini və Aurelio Andreazolidən 6 yaş böyükdür.
“Top-10”da mütəxəssislərin yarısı İtaliya təmsilçisidir. 5 italiyalının yer aldığı siyahıda iki argentinalı da var.
1. Roy Hocson (İngiltərə) — “Uotford”. 74 yaş
2-3. Manuel Pelleqrini (Çili) — “Betis”. 68 yaş
2-3. Aurelio Andreazoli (İtaliya) — “Empoli”. 68 yaş
4. Marselo Byelsa (Argentina) — “Lids”. 66 yaş
5 5 Can-Pyer Qasperini (İtaliya) — “Atalanta”. 64 yaş
6-7. Ralf Ranqnik (Almaniya) — “Mançester Yunayted”. 63 yaş
6-7. Maurisio Sarri (İtaliya) — “Latsio”. 63 yaş
8-9. Luçano Spalletti (İtaliya) — “Napoli”. 62 yaş
8-9. Karlo Ançelotti (İtaliya) – “Real”. 62 yaş
10. Xorxe Sampaoli (Argentina) — “Marsel”. 61 yaş
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı