“Çelsi” İspaniya millisinin müdafiəçisinə göz dikib
29.09.2021 - 17:41
“Vilyarreal”ın futbolçusu Pau Torreslə maraqlanan klubların sayı artır.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı müdafiəçi indi də “Çelsi”nin maraq dairəsinə düşüb.
“Zadəganlar”ın məşqçilər korpusu arxa xətdə geniş seçim imkanı istəyir. “Sevilya”lı Jül Kundenin razılığını ala bilməyən Premyer Liqa təmsilçisi indi də diqqətini Torresə yönəldib. Lakin onun başqa klubların da gündəmində olması londonluların işini çətinə salır.
Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm 5 oyunda iştirak edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0